Millimiz Dohada Qətərin futbolçularına qalib gəlib

Bu gün milli komandamız Dohada qətərli həmkarları ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, Robert Prosineçkinin komandası ilin ilk sınağından uğurla çıxıb. Əsası premyer liqada çıxış edən futbolçulardan təşkil olunan yığmamız səfər matçından 2:1 hesablı qələbə ilə ayrılıb.

İlk hissədə qol vurulmayıb. 2-ci yarıda meydana daxil olan Tərlan Quliyev künc zərbəsindən sonra hesabı açıb. Rəqibin cavabı özünü çox gözlətməyib. Cəmi 3 dəqiqə sonra braziliyalı legionçu Rodriqo Tabata hesabı bərabərləşdirib.

Ancaq bu, “ay-ulduzlular”ızın qələbəsinə mane olmayıb. Araz Abdullayev Cavid Hüseynovun ötürməsini qola çevirərək, millimizin qələbəsini rəsmiləşdirib.

Həmin kateqoriyadan