Millimiz FİFA turnirini qazandı

Azərbaycan yığması “FİFA Series – 2026” beynəlxalq turniri çərçivəsində sonuncu – ikinci oyununu keçirib.

Allsport.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Syerra Leone yığmasını qəbul edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə bitdiyi üçün penaltilər seriyasına ehtiyac duyulub.

Hesabı 28-ci dəqiqədə rəqibin futbolçusu Daniel Kanu açıb. Millimizin müdafiəçisi Rahil Məmmədov 72-ci dəqiqədə hesabı bərabərləşdirib.

Oyunun penaltilər hissəsində daha dəqiq olan Azərbaycan yığması qələbə qazanıb – 9:8.

Bununla da yığma komandamız “FİFA Series-2026” turnirinin qalibi olub.

Milli ilk oyununda Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.

Həmin kateqoriyadan