Millimiz ilk qələbəsini qazanıb

Bu gün FİBA çempionlar kubokunda iştirak edən qadınlardan ibarət 3×3 millimiz “B” qrupunda ilk oyunlarını keçirib.

Allsport.az xəbər verir ki, qızlarımız birinci qrup oyununda Kanada seçməsinə 10:16 hesabı ilə məğlub olsa da, ikinci görüşdə ev sahibi Tailand komandasına 21:8 hesabı ilə qalib gəliblər.

Millimizin qrupda sonuncu oyunu sabah Bakı vaxtı ilə saat 12:30-da İspaniya yığmasına qarşı olacaq.

Turnirin qalibi FİBA 3×3 çempionlar kuboku 2027, FİBA 3×3 dünya kuboku 2027 və 2028-ci il yay olimpiya oyunlarına vəsiqə verən olimpiya təsnifat turnirində iştirak hüququ qazanacaq

Həmin kateqoriyadan