Millimiz seçmə mərhələsini qələbə ilə başa vurdu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası millətlər liqası çərçivəsində bu gün qrup mərhələsinin sonuncu oyununa çıxıb.

Allsport.az xəbər verir ki, millimiz VI tur çərçivəsində Bakıda Farer adalarını qonaq edib.

Oyun 4 gün öncə Kipri səfərdə 1:0 məğlub edərək qrup liderliyini və B divizionuna yüksəlməyi təmin edən Siyasət Əsgərovun yetirmələri üçün formal xarakter daşıyıb. Millimiz bu dəfə də eyni hesabla qələbə qazanıb. Nigar Mirzəliyeva 69-ci dəqiqədə vurduğu qol yeganə olub.

Komandamız qrup mərhələsində keçirdiyi 6 oyundan 5-də qələbə qazanıb, yalnız bir oyunda heç-heçə oynayıb.

19:00: Azərbaycan – Farer Adaları – 1:0
Qol:
 Nigar Mirzəliyeva, 68

Həmin kateqoriyadan