- Baxış sayı: 35
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0

Azərbaycan futbolçuları millətlər liqasının “C” divizionunun 3-cü qrupunda bu gün son oyununu “Dalğa arena”da Qazaxıstana qarşı keçirib. Allsport.az saytı xəbər verir ki, son 2 rəsmi görüşdə qalib gələn “ay-ulduzlular”ımız, uğur zolağını evdə də davam etdiriblər.
Komandamız ilk hissədə komandamız çox çalışsa da, rəqib qapısına yol tapa bilməyib. baxmayaraq ki, qonaqlar 35-ci dəqiqədən azlıqda qalıblar.
2-ci yarıda təzyiqi bir qədər də artıran millimiz, 67-ci dəqiqədə Aleksandr Maroçkinin avtoqolu ilə önə keçib. 7 dəqiqə sonra Filip Ozobiç gözəl zərbə ilə hesab arasında fərqi artırıb. 90+1-ci dəqiqədə oyuna yeni qoşulan Anatoli Nuriyev son nöqtəni qoyub – 3:0.
Beləliklə, baş məşqçi Canni de Byazi ölkə futbolu tarixinə düşüb. Seçməmiz rəsmi matçlarda ilk dəfə ardıcıl 3 qələbə qazanıb. Buna qədər Belarus (2:0) və Slovakiyaya (2:1) qalib gəlmişdik. Komanda 10 xal ilə qrupda 2-ci yer tutub. Üstəlik, ən az (7:4) top buraxan kollektiv olub.