Millimiz xatirə turnirində ilk sınağına çıxır

1FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 28-ci beynəlxalq turnirdə iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununa çıxır. Allsport.az xəbər verir ki, Təbriz Həsənovun çalışdırdığı komandamız startda Latviya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Sankt-Peterburqda, “Peterburqski” İdman-Konsert Kompleksində baş tutacaq görüşdə millimiz Latviyanın U-19 komandasına qarşı mübarizə aparacaq.

Valentin Qranatkinin xatirə turniri
C qrupu
4 yanvar

15:15. Azərbaycan – Latviya

Bu gün qrupumuzdakı digər oyunda Bolqarıstanla Sloveniya qarşılaşacaq.

Həmin kateqoriyadan