- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Futbol millimizin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko yığmadan ayrılıb. Allsport.az xəbər verir ki, o, bunu sport24.ru saytına açıqlamasında deyib. Moskva SSKA-sında da eyni işi görən Kramarenko artıq iki yerdə çalışmaq istəmədiyini bildirib:
“Ötən gün bu məsələ ilə bağlı qərar verdim. Artıq yalnız SSKA-da çalışacağam. Diqqətimi sırf klubdakı işimə yönəldəcəyəm. SSKA iki yerdə işləməyimin əleyhinə deyildi. 6 ay bu formada işlədim. Ancaq millidə prinsiplər və qaydalar fərqlidir. Milli komanda mənim üçün əziz olaraq qalır.
Mən Azərbaycanda doğulub, böyümüşəm. İndi belə bir qərar verdik, amma hər an milliyə kömək etməyə şad olaram. Yəqin ki, bu, doğru qərardır. Baxmayaraq ki, klubda da çox sayda səyahət və məşqlər var, indi ailəmlə daha çox vaxt keçirirəm”.
Dmitri Kramarenko bu ilin yanvarından SSKA-da işləyir. 2020-ci ildən yığmanın məşqçilər korpusunda yer alan keçmiş qolkiper daha əvvəl “Neftçi” və “Qəbələ”də də məşqçi kimi çalışıb.