- Baxış sayı: 34
- 25 Mart 2026 22:56
- Baxış sayı: 204
- Mart 25, 2026
- 0
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, Bayıl stadionunda keçirilmiş oyun yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab avtoqolla açılıb. Növbəti qolları İlkin Sadıqov və Roman Hüseynov vurub.
Bu komandalar arasında avqustun 5-də keçirilmiş yoxlama oyunu yığmamızın 4:1 hesablı qələbəsi ilə başa çatmışdı.