- Baxış sayı: 28
- 05 Dekabr 2025 18:27
- Baxış sayı: 102
- Dekabr 05, 2025
- 0

Yığmamızın futbolçusu Anton Krivotsyuk Polşa ekstaklassasında qol hesabını açıb. Allsport.az saytı xəbər verir ki, milliləşən ukraynalı müdafiəçi Plotsk “Visla”sında fərqlənib.
O, “Pyast”la səfər görüşün 38-ci dəqiqəsində 0:2 hesabı ilə geridə olan komandasını ümidləndirib. 90 dəqiqə meydanda olan futbolçumuz, 79-cu dəqiqədə bərabərlik (3:3) qolunun məhsuldar ötürməsini də verib.
Lakin meydan sahibləri 4:3 hesablı qələbə qazanıb. “Visla” 4 xalla 18 komanda arasında 10-cu yerdədir.