- Baxış sayı: 156
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 156
- Dekabr 05, 2025
- 0
Almaniyanın Şimal-Şərq Regional Liqasında 7-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası – “Germaniya Halberştadt” klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Lukkenvalde”nin qonağı olub. Matç futbolçumuzun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb. Amma o, komandasına heç nə ilə kömək edə bilməyib.
Qeyd edək ki, Dadaşovun komandası 4 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.