- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 181
- Mart 19, 2026
- 0
Rusiya premyer-liqasının 19-cu turunda millinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov” doğma meydanda Krasnoyarsk “Yenisey”ini 4:0 darmadağın edib.
Allsport.az saytı xəbər verir ki, futbolçumuz görüşün 80-ci dəqiqədəsində meydana girib və 1 dəqiqə sonra hesabda son nöqtəni qoyub. Bu, həmyerlimizin Rusiya çempionatında 2-ci qoludur. O, ötən tur Moskva “Lokomotiv”ini məyus edib.
Samara klubunda digər azərbaycanlı, Aleksandr Səmədov 90 dəqiqə oynayıb və əlavə vaxtda əvəzlənib. Hazırda “Krılya Sovetov” 21 xalla 16 komanda arasında 13-cü pillədədir.