Millimizin futbolçusu “Bursaspor”a keçdi, Dəniz Yılmaza yoldaş oldu

U-21 millimizin üzvü Ozan Can Kökcü Türkiyənin “Bursaspor” klubu ilə müqavilə imzalayıb. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi yeni komandası ilə 4 illik anlaşıb.

Gənclərdən ibarət millimizə cəlb olunan futbolçu Niderlandın “Feyenoord” klubunda çıxış edirdi. 18 yaşlı futbolçunun Türkiyənin “Fənərbağça” klubuna keçidi də gündəmdə idi. Amma görünür, bursalılar ona daha cəlbedici təklif ediblər. Ozan Can imza mərasimindən sonra klub saytına fikirlərini də bölüşüb:

“Böyük bir kluba keçmişəm. Ümid edirəm ki, bu formanı uzun illər geyinəcəm. “Bursaspor”u uşaqlığımdan bəri izləyirəm. 2010-cu ildəki çempionluğu da yaxşı xatırlayıram. Uşaq vaxtı çıxış etdiyim “Qroningen”in çalışdırıcısı daha əvvəl Türkiyədə oynadığı üçün ondan türk futbolu haqqında soruşmuşdum.

O isə mənə “öz üzərində çox işləsən, yaxşı yerlərə gələ bilərsən” demişdi. Mən də “Bursaspor”u seçdim. Ən sevdiyim oyunçu isə kapitan Pablo Battalyadı. Birlikdə oynamaq çox xoş olacaq”.

Həmin kateqoriyadan