- Baxış sayı: 76
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
Almaniyanın “Fortuna” klubu yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası “Beqatal-Auşval”la qarşılaşıb.
Düsseldorf təmsilçisi bu görüşdə 12:0 hesabıyla qalib gəlib. Ərat meydana ikinci hissədə çıxıb. O, matçın 81-ci (9:0) və 83-cü (11:0) dəqiqələrində fərqlənməklə dubla imza atıb.