- Baxış sayı: 53
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0
Almaniya Qərb Regional Liqasında 3-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna”nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda “Köln”ün U-23 heyəti ilə qarşılaşıb. Görüş 1:1 hesabıyla başa çatıb. Start heyətdə meydana çıxan Ərat sonadək mübarizə aparıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 5 xalla 19 klub arasında 4-cü pillədə qərarlaşıb.