- Baxış sayı: 31
- 04 Fevral 2026 23:39
- Baxış sayı: 140
- Fevral 04, 2026
- 0
Almaniya Qərb Regional Liqasında 16-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Əratın komandası – “Fortuna”nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda “Alemanniya Aaxen”lə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Ərat 90-cı dəqiqədə əvəzlənib. Komandasının 2-ci qolunu 60-cı dəqiqədə məhz Toğrul vurub.
Qeyd edək ki, Toğrulun komandası hazırda 19 xalla 19 klub arasında 11-ci pillədə qərarlaşıb.