Millimizin yarımmüdafiəçisi “Sportinq”lə müqavilə bağladı

Azərbaycanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Budaq Nəsirov özünə yeni klub tapıb. Allsport.az saytı xəbər verir ki, 20 yaşlı xavbek Portuqaliyanın “Sportinq” klubuna keçib. Lissabon təmsilçisi onunla beş illik müqaviləyə bağlayıb.

O,  müqavilə ilə “Sumqayıt”a məxsus olsa da, son mövsümü “Kəpəz”də keçirib. Onun “Sportinq”ə keçidi meneceri Vaqif Heydərlinin sayəsində baş tutub. “Yaşıl-aglar” Portəgiz çempionatının son mövsümündə yalnız lider “Benfika”dan geri qalaraq, ikinci olub.

Maraq üçün qeyd edək ki, bir müddət öncə digər azərbaycanlı futbolçu Elnur Cəfərov da Portuqaliyanın “Tondela” klubu ilə müqavilə imzalayıb. Azərbaycan əsilli rusiyalı futbolçu Emin Mahmudov da bu ölkənin “Boavişta” klubunda çıxış edəcək.

Həmin kateqoriyadan