Millimizin heyəti açıqlanıb

“Ay-ulduzlular”mızın Millətlər liqasının qrupunun ilk iki turunda İsveç və Slovakiya yığmalarına qarşı oyunlar üçün heyəti müəyyənləşib. 24 futbolçu yer alıb. Baş məşqçi Fernandu Santuş sentyabrın 2-dən başlayacaq toplanışına aşağıdakı futbolçuları cəlb edib:

Qapıçılar: Mehdi Cənnətov (“Sumqayıt”), Rza Cəfərov (“Neftçi”), Yusif İmanov (“Sabah”)

Müdafiəçilər: Amin Seydiyev (“Sabah”), Qismət Alıyev (“Sabah), Şəhriyar Əliyev (“Turan Tovuz), Rahil Məmmədov (“Radomyak”, Polşa), Abbas Hüseynov, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov (hamısı – “Qarabağ”)

Yarımmüdafiəçilər: Elvin Camalov (“Sabah), Coşqun Diniyev (“Bandırmaspor”, Türkiyə), Aleksey İsayev (“Qarabağ”), Xəyal Nəcəfov (“Turan Tovuz”), Emil Mustafayev (“Polesya”, Poşa), Emin Mahmudov (“Neftçi), Ceyhun Nuriyev (“Zirə”).

Hücumçular: Ozan Can Kökçü (HİK, Finlandiya), Ramil Şeydayev (“Neftçi”), Nəriman Axundzadə (“Qarabağ”), Rüstəm Əhmədzadə (“Zirə”), Renat Dadaşov (“Ankaragücü”, Türkiyə)

Azərbaycan millisi sentyabrın 5-də evdə İsveçlə, 8-də səfərdə Slovakiya ilə qarşılaşacaq.

Həmin kateqoriyadan