Millimizin hücumçusu “Bursaspor”da qalır

Azərbaycan millisinin futbolçusu Dəniz Yılmazın “Bursaspor”da qalır. Allsport.az saytı xəbər verir ki, klub rəhbərliyi onu bağışlayıb. Türkiyə mətbuatının yazdığına görə, hücumçu yeni baş məşqçi Pol Le Quen ilə görüşüb və fransız mütəxəssis legionçunu komandasında saxlamağa qərar verib.

Bu üzdən o, “yaşıl timsahlar”ın Avstriyaya təlim-məşq toplanışına yollanan heyətə daxil edilib. Buna qədər 29 yaşlı futbolçu klubun bazasında komandadan ayrı məşq edirdi.

Həmin kateqoriyadan