- Baxış sayı: 31
- 15 Aprel 2025 23:33
- Baxış sayı: 80
- Aprel 14, 2025
- 0
Türkiyənin “Bursaspor” klubunun transferə çıxardığı Dəniz Yılmaz karyerasını superliqaya yenicə vəsiqə qazanan “Göztəpə”də davam etdirməyə yaxındır. Allsport.az saytı xəbər verir ki, millimizin hücumçusu “sarı-qırmızılar”ın yeni baş məşqçisi Tamər Tunanın istəyi əsasındadır.
Tərəflər arasındakı danışıqların uğurlu alındığı qeyd olunur. İzmir təmsilçisi iyulun 3-də yeni mövsümün hazırlığına başlayanadək, bu forvard daxil olmaqla, ən azı, 5 yeni futbolçunun keçidini həll etməyi hədəfləyib.
Dəniz Yılmaz Almaniyada “SSV Ulm”, “Bavariya”, “Paderborn” və “Mayns” klublarının şərəfini qoruduqdan sonra, 2013/14 mövsümündə Türkiyəyə üz tutub. Həmin mövsüm “Elazığspor”da uğurlu çıxışının ardından “Trabzonspor”a keçib, 2015/16 mövsümünün ortasında “Bursaspor”a transfer olunub. O, Bursa klubunda 32 çempionat oyununda 10 qol vurub.