- Baxış sayı: 64
- 30 Mart 2026 13:21
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

“Qrasshopper” klubunun azərbaycanlı hücumçusu Renat Dadaşov, İsveçrə superliqasında avqustun “ən yaxşı futbolçu”su seçilib.
Allsport.az saytı xəbər verir ki, 23 yaşlı futbolçu azarkeşlər arasındakı səsvermədə bütün rəqiblərini qabaqlayıb.
O, 3 qol və 1 məhsuldar ötürmə ilə bombardirlərin siyahısında 3-cü pillədə qərarlaşıb. Həmvətənimiz müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsusdur və “dəmirçilər”də icarə əsasında çıxış edir.