- Baxış sayı: 26
- 15 Aprel 2025 17:22
- Baxış sayı: 71
- Aprel 14, 2025
- 0
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi Portuqaliya “Tondela”sı koronavirusa görə tam tərkibdə karantinə alınıb.
Allsport.az xəbər verir ki, kollektiv yerli səhiyyə idarəsinin müvafiq tələbi ilə təcrid olunub.
Daha əvvəl “Tondela”nın baş məşqçisi Pako Ayestaran, yarımmüdafiəçi Manu Ernando və hücumçu Salvador Aqranın koronavirus testi müsbət çıxıb.
Müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov bu ilin iyulundan icarə əsasında “Tondela”da çıxış edir.