Millimizin hücumçusu “Kukesi”dən ayrılıb

Rauf Əliyev Albaniyanın “Kukesi” klubundan ayırıb. Allsport.az saytı xəbər verir ki, bir neçə gün əvvəl “şimal-şərqlilər”lə futbolçu arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Alban həmkarlarımızın yazdığına görə, millimizin hücumçusu komandasında ən çox qazanan futbolçusu olub.

O, ayda təxminən 9 min ABŞ dollar maaş alırmış. Lakin onun gedişinə maliyyə məsələsi səbəb olmayıb. O, şəxsi istəyi ilə klubdan ayrılıb və karyerasını Azərbaycanda davam etdirməyi düşünür. Ayrılığa digər səbəb, Raufun Albaniyada dil problemi ilə üzləşməsidir.

Həmin kateqoriyadan