- Baxış sayı: 27
- 03 Dekabr 2024 19:58
- Baxış sayı: 287
- Dekabr 02, 2024
- 0
DÇ-2022-nin seçməsində “A” qrupunda Azərbaycan – İrlandiya matçının hakimləri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, UEFA paytaxtdakı qarşılaşmaya Norveçdən olan hakimlər briqadasını göndərmək qərarına gəlib.
Oktyabrın 9-dakı görüşdə Espen Eskas ədalət təmsilçisi olacaq. Ona Kim Tomas Haqlund və Aysteyn Ytterland köməklik göstərəcək. Kay Erik Stin isə 4-cü hakim funksiyasını icra edəcək.
VAR hakimi türkiyəli Abdulkadir Bitigen olacaqsa, ona həmyerlisi Ali Palabıyık köməklik göstərəcək. Hakimlərin işinə hakim-inspektor Sabri Çelik (Türkiyə) qiymət verəcək. FİFA nümayəndəsi isə gürcüstanlı Nikoloz Jqarkava olacaq.
Bakı olimpiya stadionunda matç saat 20:00-da başlayacaq.