- Baxış sayı: 15
- 25 Noyabr 2024 18:42
- Baxış sayı: 36
- Noyabr 25, 2024
- 0
Hər beynəlxalq matçda olduğu kimi, Avro-2016-nın seçmə qrup mərhələsində keçirilmiş Azərbaycan – İtaliya ilə oyunda da futbolçular meydana çıxan zaman, onları kiçik yaşlı uşaqlar müşayiət etdi. Allsport.az saytının məlumatına görə, çoxları belə düşünür ki, yəqin həmin uşaqlar futbolçulardır və hansısa komandanın şərəfini qoruyurlar.
Rekord.az-ın xəbərinə əsasən, həmin gün futbolçuların əlindən tutub meydana çıxan balacalar heç də gələcəyin ulduzları deyillər. Onlar AFFA-da çalışan və müxtəlif vəzifə tutan insanların övladları olublar.
Görünür, İtaliyanın dünya səviyyəli komanda olduğunu və heyətində ulduzların çıxış etdiyini nəzərə alan AFFA, onlarla yanaşı meydana çıxmağı elə öz əməkdaşlarının uşaqlarına həvalə edib.