- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 173
- Mart 19, 2026
- 0

Futbol millimizin keçmiş hücumçusu Vüqar Əsgərov futzal klubuna keçib. Allsport.az xəbər verir ki, 36 yaşlı futbolçu Latviyanın “Petrov” futzal klubu ilə müqavilə imzalayıb.
Əsgərov ölkəmizdə “Sumqayıt”, “Zirə” və “Araz Naxçıvan” klublarında çıxış edib. O, Latviyada “Dauqavpils”, “Liepaya” kimi klublarda oynayıb. Vüqar son olaraq çıxış etdiyi “Super Nova”da 2020-ci ilin avqustunda ağır zədə aldıqdan sonra meydanlara çıxmırdı.