Millimizin oyunlarının hakimləri

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin oyunlarına təyinatlar açıqlanıb.

Allsport.az xəbər verir ki, yığmamızın Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində keçirəcəyi matçları İsveçrə və İngiltərə hakimləri idarə edəcəklər.

Bolqarıstan və Moldova ilə görüşlərin baş hakimi isveçrəli Laura Maurisio olacaq. Sloveniya ilə qarşılaşmada ədaləti ingiltərəli Stasey Pearson qoruyacaq.

14 mart
Bolqarıstan – Azərbaycan

Hakimlər: Laura Maurisio (İsveçrə), Cenine Okle (İsveçrə), Nargis Maqau (Qazaxıstan)
Dördüncü hakim: Tatyana Sorokopudova (Bolqarıstan)

17 mart
Sloveniya – Azərbaycan

Hakimlər: Stasey Pearson (İngiltərə), Anastasiya Voloşçuk (İngiltərə), Liliya Dumbalakova (Bolqarıstan)
Dördüncü hakim: Lyubima Banova (Bolqarıstan)

20 mart
Azərbaycan – Moldova

Hakimlər: Laura Maurisio (İsveçrə), Cenine Okle (İsveçrə), Liliya Dumbalakova (Bolqarıstan)
Dördüncü hakim: Lyubima Banova (Bolqarıstan)

Həmin kateqoriyadan