Millimizin oyunlarının hakimləri

Azərbaycan millisinin iyunda keçirəcəyi yoldaşlıq oyunlarının hakimləri bəlli olub.

Allsport.az xəbər verir ki, Macarıstanda Albaniya və Qazaxıstanla qarşılaşacaq yığmamızın matçlarına yerli hakimlər təyinat alıb.

Albaniya ilə iyunun 7-də keçiriləcək görüşün baş hakimi Mihay Kaprali olacaq. Ona İştvan Albert və Qerqo Viq-Tarsonyi kömək edəcəklər. Dördüncü hakim funksiyasını İştvan Vad yerinə yetirəcək.

4 gün sonra Qazaxıstana qarşı keçiriləcək matçda Bense Şonka baş hakim kimi meydana çıxacaq. Onun köməkçiləri Teodoros Georgiou və Balaj Şalai olacaqlar. Dördüncü hakim vəzifəsi Reka Molnara tapşırılıb.

Hər iki oyun “Haladas SportKomplexum” stadionunda təşkil olunacaq. İlk görüş Bakı vaxtı ilə saat 21:00-da, ikinci matç 18:00-da başlayacaq.

Həmin kateqoriyadan