- Baxış sayı: 44
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

Minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatındakı oyunlarının vaxtı dəqiqləşib.
Allsport.az xəbər verir ki, yığma ilk görüşünü iyunun 2-də Belçikaya qarşı keçirəcək.
Matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. 1 gün sonra rəqib İtaliya olacaq. Apeninlilərə qarşı görüş saat 19:00-da start götürəcək.
Yığmamız qrupda son oyunu iyunun 4-də Fransaya qarşı keçirəcək. Bu qarşılaşmanın start fiti isə saat 19:00-da veriləcək.
Qeyd edək ki, qitə birinciliyi iyunun 1-dən 8-ə qədər Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçiriləcək.