- Baxış sayı: 97
- 20 Mart 2026 23:43
- Baxış sayı: 138
- Mart 19, 2026
- 0

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Portuqaliya – Azərbaycan oyunu İtaliyada təşkil olunacaq. Allsport.az xəbər verir ki, görüş Turin şəhərində yerləşən “Yuventus” klubuna məxsus “Allyans” stadionda keçiriləcək.
Bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA, Portuqaliya futbol federasiyası və “Yuventus” klubundan göndərilib və AFFA tərəfindən razılıq verilib.
Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır.
Qarşılaşma martın 24-ü baş tutacaq.