- Baxış sayı: 35
- 03 Fevral 2026 23:53
- Baxış sayı: 148
- Fevral 02, 2026
- 0

Fransada keçirilən Avropa çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü oyun günündə Azərbaycan futbolsevərlərini ən çox maraqlandıran Türkiyə millisi ilə Xorvatiya üz-üzə gəlib. Qardaş ölkə yığması bu görüşdə məğlubiyyətlə üzləşib – 0:1.
“C” qrupunda isə DÇ-2018-in seçmə mərhələsində “ay-ulduzlular”ımızın rəqibi olan Şimali İrlandiya Polşa ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşün də taleyini bir qol həll edib. Millimizin rəqibi minimal hesablı məğlubiyyətə üzülüb (0:1).
Günün son matçında da gələcək rəqiblərimizdən biri – Almaniya yığması ilə Ukrayna qarşılaşıb. Bu oyunda gözlənildiyi kimi, almanlar qalib gəliblər – 2:0.