Millimizin sabiq forvardı ilk dəfə meydanı qol vurmadan tərk etdi

Latviya 1-ci liqasında 20-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun komandası – “1625 Liepaya” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Riqa Futbol məktəbi” ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan və sonadək mübarizə aparan Vüqar yeni klubunda ilk dəfə məhz bu görüşdə qol vura bilməyib. Halbuki o, bunadək çıxdığı hər oyunda fərqlənmişdi və hazırda hesabında 9 qol var idi.

Qeyd edək ki, futbolçumuzun komandası 43 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan