- Baxış sayı: 128
- 20 Mart 2026 23:43
- Baxış sayı: 152
- Mart 19, 2026
- 0
Türkiyə PTT 1-ci liqasında 13-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuq Budağın komandası – “Qaziantep BB” də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda “Elazığspor”la qarşılaşıb. Matç qazianteplilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Budaq sonadək mübarizə aparıb.
Qeyd edək ki, “Qaziantep BB” hazırda 21 xalla 5-ci pillədə qərarlaşıb.