Millimizin Türkiyə ilə oyunlarının hakimləri

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirəcəyi oyunların hakim təyinatları məlum olub.

Allsport.az xəbər verir ki, “B” liqasının I qrupu çərçivəsində mayın 31-də Ərzincanda baş tutacaq görüşü Fransadan olan hakimlər idarə edəcək. Aleksandra Kollin baş hakim olacaq. Ona Elodie Koppola və Klotilde Brassar kömək edəcəklər. Dördüncü hakim funksiyasını Klemens Qonçalves yerinə yetirəcək.

İyunun 4-də Bakıda keçiriləcək qarşılaşmanı isə Danimarkadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Nanna Löf Andersen olacaq. Ona Sidsel Rasmussen və Anna Kyaer Şmidt yardım edəcəklər. Frida Klarlund oyuna dördüncü hakim kimi çıxacaq.

Həmin kateqoriyadan