- Baxış sayı: 21
- 04 Fevral 2026 11:20
- Baxış sayı: 151
- Fevral 02, 2026
- 0

U-20 millimizin keçmiş üzvü Kamran Əliyevin oynadığı Rusiyanın “Ximki” klubu 2020/21 mövsümündən premyer piqada çıxış edəcək. Allsport.az xəbər verir ki, bu barədə Moskva vilayətinin idman naziri Roman Teryuşkov məlumat verib.
O, koronavirusa görə yarımçıq dayandırılan 1-ci divizionda 2-ci pillədə qərarlaşan komandanın elitaya yüksəldiyini deyib. Teryuşkov “Ximki”nin maliyyə problemlərini həll etdiyini, sponsorla anlaşdığını sözlərinə əlavə edib.
21 yaşlı sağ cinah vingeri 1-ci divizionda bu mövsüm 25 oyunda 8 qol vurub. Ölkə kubokunda 3 oyun keçirən gənc futbolçu 1 məhsuldar ötürmə ilə komandasına fayda verib.