Millimizin yarımmüdafiəçisi “Duysburq”a keçib

Azərbaycan millisinin üzvü Toğrul Əratın yeni klubunun adına aydınlıq gəlib. Allsport.az saytı xəbər verir ki, Almaniya regional liqasında çıxış edən “Fortuna” (Düsseldorf) ilə müqaviləsinin müddəti başa çatan yarımmüdafiəçisi bu komandadan ayrılıb.

O, karyerasını Almaniyanın digər klubunda – “Duysburq”da davam etdirəcək. Bu barədə xəbəri sözügedən klubun rəsmi saytı yayıb. Müqaviləyə əsasən, 23 yaşlı futbolçu qarşıdakı 2 il ərzində “zebrlər”ın uğurları üçün çalışaçaq.

Qeyd edək ki, “Duysburq” son mövsümdə 2-ci Bundesliqada çıxış etsə də, 18 klub arasında 16-cı yeri tutduğundan, 3-cü Bundesliqadan gələn 3-cü yerin sahibi “Vyursburger Kikkers”lə pley-off oyunlarında qarşılaşmalı olub. Lakin iki oyunun nəticəsinə görə məğlub olan (1:2, 0:2) Əratın yeni klubu 2-ci Bundesliqanı tərk edərək, 3-cü Bundesliqaya düşüb. Komandanın baş məşqçisi bolqarıstanlı mütəxəssis İliya Qruyevdir.

Həmin kateqoriyadan