- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycanın DÇ-2022-nin seçmə mərhələsindəki rəqibi İrlandiya yığmasının baş məşqçisi Stefen Kenni millimizlə oyundan sonra istefaya göndərilə bilər.
Allsport.az xəbər verir ki, bu barədə İrlandiya millisinin sabiq futbolçusu Toni Kaskarini danışıb. O, 49 yaşlı mütəxəssisi dəstəkləsə də, onun Azərbaycan yığması ilə matçdan sonra istefaya göndəriləcəyini deyib. Kaskarini bu vəzifəyə hazırda “Nottingem Forest”i çalışdıran Kris Hyutonun əsas namizəd hesab edildiyini bildirib:
“Nümayəndələr Kenninin yaxın gələcəkdə istefaya göndəriləcəyi təqdirdə, ehtimal olunan namizədin Hyuton olduğunu vurğuladılar. Mən də onun yığmadakı problemləri həll edəcəyini düşünürəm. Fikrimcə, yeni çalışdırıcı məhz Hyuton olacaq”.
Oktyabrın 9-u Bakı olimpiya stadionunda keçiriləcək Azərbaycan – İrlandiya oyunu saat 20:00-da başlayacaq. Tərəflər arasında daha əvvəlki matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.