- Baxış sayı: 126
- 20 Mart 2026 23:43
- Baxış sayı: 151
- Mart 19, 2026
- 0

FİFA yeni reytinq siyahısını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin mövqeyi dəyişməz qalıb: 1127 xalla 128-ci yer.
Millətlər liqasında rəqiblərdən Slovakiya 1439 xalla 50-ci, Belarus 1226 xalla 96-cı, Qazaxıstan isə 1166 xalla 114-cüdür.
Siyahıya Braziliya seçməsi (1837) başçılıq edir. 1821 xalı olan Belçika 2-ci, 1770 xalla Argentina 3-cü pillədədir.