- Baxış sayı: 16
- 08 Dekabr 2025 18:56
- Baxış sayı: 162
- Dekabr 08, 2025
- 0

Premyer liqasının 8-ci turunda səfərdə “Zirə” ilə oynayacaq “Kəpəz” matçın hazırlığına start verib. Allsport.az saytı xəbər verir ki, Şahin Diniyevin komandası Bakıda, “Dalğa arena”nın süni örtüklü meydançasında məşq edir.
“Sarı-göylər”in oktyabrın 11-i və 12-də olan məşqləri saat 11:00-da başlayacaq. “Kəpəz” oyun öncəsi son hazırlıq prosesini də eyni məkanda, amma fərqli saatda keçəcək. Belə ki, oktyabrın 13-nə təyin olunan məşq saat 17:00-da start götürəcək.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətinə cəlb olunmuş İlyas Səfərzadə və İlkin Sadıqov artıq düşərgəyə dönüb. Hər iki futbolçu bu gün keçirilən məşqdə iştirak edib.