Millinin 4 oyun üçün heyəti

“Ay-ulduzlular”mızın millətlər liqasında Qazaxıstan, Belarus və Slovakiya futbolçularına qarşı “C” divizionun qrup oyunları üçün yekun heyəti açıqlanıb. Allsport.az saytı xəbər verir ki,baş məşqçi Canni de Byazi nəfərə dəvət edib.

Milli iyunun 3-də Nur-Sultan şəhərində Qazaxıstan, 3 gün sonra isə Serbiyanın Novı Sad şəhərində Belarus seçməsinin qonağı olacaq. İyunun 10-da Slovakiyanı, 13-də isə Belarusu “Dalğa arena”da qəbul edəcək.

İtaliyalı mütəxəssis ilkin mərhələdə hazırlığa 15 oyunçu çağırmışdı.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev (“Qarabağ”), Səlahət Ağayev (“Sabah”), Emil Balayev (“Turan”, Qazaxıstan)

Müdafiəçilər: Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Maksim Medvedev, Toral Bayramov, Abbas Hüseynov (hamısı – “Qarabağ”), Cəlal Hüseynov (“Zirə”), Anton Krivotsyuk (“Visla”, Polşa), Azər Salahlı (“Neftçi”), Höccət Haqverdi (“Sumqayıt”), Bəxtiyar Həsənalızadə (“Sabah”)

Yarımmüdafiəçilər: Qismət Alıyev, Coşqun Diniyev, (hər ikisi – “Zirə”), Riçard Almeyda, Qara Qarayev (“Qarabağ”), Emin Mahmudov, Eddi İsrafilov (“Neftçi”), Aleksey İsayev (“Sabah”), Anatoli Nuriyev (“Sumqayıt”) Dmitri Nəzərov (“Erzgebirge”, Almaniya), 

Hücumçular: Ramil Şeydayev (“Qarabağ”), Namiq Ələskərov (“Bursaspor”, Türkiyə), Renat Dadaşov (“Tondela”, Portuqaliya), Mahir Əmrəli (“Dinamo Zaqreb”, Xorvatiya).

Həmin kateqoriyadan