“Millinin bu günə kimi əldə etmədiyi nailiyyətləri qazanmaq istəyirik”

UEFA millətlər liqasının qrup mərhələsinin V turu çərçivəsindənoyabrın 16-da Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan – Estoniya oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında iştirak edib.

Allsport.az portuqaliyalı mütəxəssisin açıqlamasını təqdim edir:

“Komandamız çox yaxşı hazırlıq keçib. Bugünkü məşqi səhər saatlarına salmağımızda məqsəd bərpa üçün daha çox vaxtın qalmasıdır. Futbolçularımız çox istəkli, motivasiyalıdırlar. Sabah uğurlu nəticə qazanmaq üçün əllərindən gələni edəcəklər. Oyundan-oyuna inkişaf edirik. İstədiyimiz yerlərə çatmaq üçün cəhdlər edirik. Məqsədim burada yaxşı kollektiv qurmaqdır. Millinin bu günə kimi əldə etmədiyi nailiyyətləri qazanmaq istəyirik.

Ölkə çempionatındakı bütün oyunları izləyirəm və futbolçuların hamısını tanıyıram. Hansı oyunçuların bizə kömək olacağını düşünürüksə, onları dəvət edirik. Heyətlə bağlı bütün qərarlar mənə aiddir və kənar fikirlər qərarıma heç bir təsir etmir”.

Həmin kateqoriyadan