- Baxış sayı: 23
- 05 Dekabr 2025 20:39
- Baxış sayı: 105
- Dekabr 05, 2025
- 0

Azərbaycan komandasının UEFA millətlər liqasının qrup mərhələsi çərçivəsində Estoniya və İsveç yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.
Allsport.az xəbər verir ki, millimizin baş məşqçisi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya dəvət etdiyi futbolçuların adlarını açıqlayıb.
Portuqaliyalı mütəxəssis noyabrın 11-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:
| S. | Ad/Soyad | Klub |
| 1 | Nicat Mehbalıyev | Sabah |
| 2 | Rza Cəfərov | Neftçi |
| 3 | Aydın Bayramov | Zirə |
| 4 | Abbas Hüseynov | Qarabağ |
| 5 | Amin Seydiyev | Sabah |
| 6 | Rahil Məmmədov | Radomiak Radom, Polşa |
| 7 | Bəhlul Mustafazadə | Qarabağ |
| 8 | Zamiq Əliyev | Eqnatia, Albaniya |
| 9 | Bədavi Hüseynov | Qarabağ |
| 10 | Anton Krivotsyuk | Daejeon Hana Siti, Cənubi Koreya |
| 11 | Elvin Cəfərquliyev | Qarabağ |
| 12 | Coşqun Diniyev | Bandırmaspor, Türkiyə |
| 13 | Aleksey İsayev | Qarabağ |
| 14 | Xəyal Nəcəfov | Turan Tovuz |
| 15 | Ceyhun Nuriyev | Zirə |
| 16 | Mustafa Əhmədzadə | Araz-Naxçıvan |
| 17 | Səbuhi Abdullazadə | Sumqayıt |
| 18 | Emin Mahmudov | Neftçi |
| 19 | Toral Bayramov | Qarabağ |
| 20 | Ozan Can Kökçü | HJK, Finlandiya |
| 21 | Rüstəm Əhmədzadə | Zirə |
| 22 | Ramil Şeydayev | Neftçi |
| 23 | Mahir Emreli | Nürnberq, Almaniya |
| 24 | Nəriman Axundzadə | Qarabağ |
Millimiz noyabrın 11-də toplaşacaq və Qəbələdə hazırlıq keçəcək. Estoniya seçməsi ilə oyunöncəsi son məşq noyabrın 15-də, saat 11:30-da Qəbələ şəhər stadionunda baş tutacaq. Komanda matçdan bir gün sonra – noyabrın 17-də, saat 16:00-da İsveçin paytaxtı Stokholma yollanacaq. Baş məşqçi Fernandu Santuş futbolçuları noyabrın 18-də, Bakı vaxtı ilə saat 21:00-da “Strouberri arena”da İsveç yığması ilə oyunöncəsi son məşqə çıxaracaq. Millimiz qarşılaşmanın ardından Bakıya qayıdacaq.
Azərbaycan komandası “C” liqasının I qrupu çərçivəsində noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda Estoniya yığması ilə, noyabrın 19-də isə Bakı vaxtı ilə saat 23:45-də “Strouberri Arena”da İsveç seçməsi ilə qarşılaşacaq.