- Baxış sayı: 28
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycan minifutbol millisinin Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.
Allsport.az xəbər verir ki, baş məşqçi Elşad Quliyev mundiala 16 oyunçu dəvət edib.
Onlardan 8-i “Zirə”nin, 8-i isə “Birbaşa Bakı”nın şərəfini qoruyur. Yığmaya cəlb olunanlar arasında futbol üzrə Azərbaycan yığmasının sabiq oyunçusu Təmkin Xəlilzadə və futzal yığmamızın keçmiş kapitanı Rizvan Fərzəliyev də var.
Minifutbol millimizin heyəti: Davud Kərimi, Ağaseyid Qasımov, Tural Nərimanov, Rəvan Kərimov, Taleh Babayev, Mirkamil Əliyev, Seymur Məmmədov, Aleksandr Şemonayev (hamısı “Zirə”), Rizvan Fərzəliyev, Elvin Əlizadə, Cəfər Cəfərov, Mirmehdi Rzayev, Vəli Qafarov, Vüsal İsayev, Təmkin Xəlilzadə, Eşqin Tağıyev (hamısı “Birbaşa Bakı”).
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının “G” qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək.