- Baxış sayı: 95
- 20 Mart 2026 23:43
- Baxış sayı: 137
- Mart 19, 2026
- 0

Azərbaycan komandasının dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.
Allsport.az xəbər verir ki, “D” qrupunun son turları çərçivəsində İslandiya ilə görüş noyabrın 13-də “Neftçi Arena”da, Fransa ilə qarşılaşma isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Hər iki matç saat 21:00-da başlanacaq.