- Baxış sayı: 31
- 15 Aprel 2025 23:33
- Baxış sayı: 81
- Aprel 14, 2025
- 0
Moskva “Lokomotiv”inin və Rusiya milli komandasının keçmiş müdafiəçisi Aleksey Buqayev dünyasını dəyişib.
Allsport.az xəbər verir ki, keçmiş futbolçu Ukrayna ərazisində müharibədə ölüb.
Buqayev daha əvvəl Krasnodarda üzərində narkotik vasitə tapıldığı üçün həbs olunmuşdu. O, 9,5 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməli idi. Aleksey könüllü şəkildə işğalçı olmağa razı olduğu üçün azadlığa buraxılaraq Ukrayna ilə müharibəyə göndərilmişdi.
Buqayev Rusiyanın yığmasının heyətində 7 oyun keçirib.