- Baxış sayı: 43
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 43
- Dekabr 05, 2025
- 0

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Allsport.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsinin 2-ci turuna hazırlaşacaq yığmaya 19 oyunçu cəlb olunub.
Yığma martın 25-31-də Bakıda təlim-məşq toplanışı keçəcək. U-19 aprelin 1-də seçmə mərhələnin keçiriləcəyi Latviyanın paytaxtı Riqaya yollanacaq. Millimiz ilk oyununu aprelin 3-də Monteneqroya qarşı keçirəcək. Ayın 9-da Bolqarıstanla üz-üzə gələcək yığma 3 gün sonra meydan sahibləri ilə münasibətlərə aydınlıq gətirəcək.
3 aprel
Monteneqro – Azərbaycan
Salaspis BSS Stadionu. Saat 15:00
6 aprel
Bolqarıstan – Azərbaycan
Salaspis BSS Stadionu. Saat 15:00
9 aprel
Azərbaycan – Latviya
LNK Sporta Parks Stadionu. Saat 15:00
Yığmanın heyəti
| S | AD/SOYAD | KLUB |
| 1 | Mehriban Şahməmmədova | Neftçi |
| 2 | Güləsər İsmailova | Araz-Naxçıvan |
| 3 | Aydan Əkbərova | Baku Juniors |
| 4 | Aysel Ziyadova | Qəbələ |
| 5 | Aytac Mirzəyeva | Neftçi |
| 6 | Fatimyi Zəhra Huseynli | WFC Vera (Gürcüstan) |
| 7 | Səma Həsənli | Qəbələ |
| 8 | Müjgan Seyidova | Neftçi |
| 9 | Fatimə Əhmədova | Baku Cuniors |
| 10 | Aydan Həsənova | Neftçi |
| 11 | Buse Nur Kocabey | Asya Spor (Türkiyə) |
| 12 | Röya Əliyeva | Baku Juniors |
| 13 | Mələk Hacıyeva | Baku Juniors |
| 14 | Şəkər Piriyeva | Araz-Naxçıvan |
| 15 | Aysu Murtuzayeva | Neftçi |
| 16 | İntizar Haqverdiyeva | Baku Juniors |
| 17 | Lalə Abbaszadə | Neftçi |
| 18 | Nailə Əliyeva | Baku Juniors |
| 19 | Fidan Abışova | Baku Juniors |