- Baxış sayı: 140
- 20 Mart 2026 23:43
- Baxış sayı: 190
- Mart 19, 2026
- 0

Azərbaycan milli komandasını bu ay keçiriləcək oyunlara çıxaracaq məşqçilər bəlli olub.
Allsport.az xəbər verir ki, FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FİFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-si Monqulustan, martın 25-də isə Bolqarıstan yığmaları ilə qarşılaşmalarda yığmamıza Arif Əsədov başçılıq edəcək. Onun rəhbərlik etdiyi məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev yer alacaqlar.
Qeyd edək ki, saat 20:00-da başlayacaq hər iki oyun Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək.