Millinin sabiq üzvü vəfat etdi

Belçika milli komandasının sabiq müdafiəçisi Qlen De Buk 54 yaşında dünyasını dəyişib. 

Allsport.az xəbər verir ki, keçmiş futbolçu və məşqçi dekabrın 8-də Antverpendə beyin qanaxmasınəticəsində vəfat edib. De Buk 1995-2005-ci illərdə 281 matç keçirdiyi və üç dəfə Belçika çempionu olduğu “Anderlext” klubunun əfsanəsi hesab olunur.

Mərkəz müdafiəçisi mövqeyində çıxış edən De Buk Belçika millisinin heyətində 36 oyun keçirib və iki dəfə dünya çempionatının iştirakçısı olub (1998, 2002).

O, karyerasını bitirdikdən sonra məşqçi kimi çalışıb. Onun son klubu 2023-cü ildə rəhbərlik etdiyi “Kortreyk” olub.

Həmin kateqoriyadan