Millinin təqvimi

Voleybol üzrə 18 yaşadək (U-18) qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının 2-ci təsnifat mərhələsində iştirak edəcək.

Allsport.az xəbər verir ki, voleybolçularımız 27-29 martda İspaniyanın ev sahibi olacağı “C” qrupunda mübarizə aparacaq.

Millimizin rəqibləri meydan sahibi ilə yanaşı, Estoniya və Niderland komandaları olacaq.

Yarışda ölkəmiz Şahin Çatmanın rəhbərliyi ilə təmsil olunacaq.

AVRO-2026-in ikinci təsnifat mərhələsində 20 komanda 5 qrupda mübarizə aparacaq. Qrup birinciləri qitə çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar.

2026 Avropa çempionatı

(2-ci təsnifat mərhələsi)

Oyun proqramı

“C” qrupu

27 mart

20:00. 🇪🇪 Estoniya – 🇳🇱 Niderland

22:30. 🇪🇸 İspaniya – 🇦🇿 Azərbaycan

28 mart

20:00. 🇳🇱 Niderland – 🇦🇿 Azərbaycan

22:30. 🇪🇪 Estoniya – 🇪🇸 İspaniya

29 mart

20:00. 🇦🇿 Azərbaycan – 🇪🇪 Estoniya

22:30. 🇳🇱 Niderland – 🇪🇸 İspaniya

Həmin kateqoriyadan