- Baxış sayı: 1
- 25 Noyabr 2024 10:13
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
U-21 millinin üzvü Tural Bayramlı “Sumqayıt”la yolunu ayırıb. Allsport.az saytı xəbər verir ki, o, bundan sonra karyerasını Latviyada davam etdirəcək. 21 yaşlı futbolçu “Dauqavpils”lə anlaşıb. Tərəflər arasındakı müqavilənin müddəti mövsümün sonuna qədərdir.
Latviyada mövsümə bu ilin mart ayında start veriləcək. Ötən mövsüm 1-ci liqada mübarizə aparan “Dauqavpils” SinyutTip liqaya yenicə qayıdıb. Bu komandanın elitaya yüksəlməsində Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun da böyük rolu olub. O, geridə qalan mövsümdə 31 dəfə fərqlənməklə, 1-ci liqanın ən sərrast qolçusu olub.
Xatırladaq ki, “Dauqavpils”də vaxtilə “Neftçi”nin 2 futbolçusu – Orxan Qurbanlı ilə Mirabdulla Abbasov da çıxış edib.