- Baxış sayı: 40
- 29 Mart 2026 21:40
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0

Azərbaycan kubokunun 1/8 final mərhələsi daha bir klubun turnirdə debütü ilə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, “Mingəçevir” tarixində ilk dəfə kubok matçında meydana çıxıb.
“Zirə”ni qəbul edən bölgə təmsilçisi bu qarşılaşmada 0:2 hesabı ilə uduzub. Mingəçevirin eyniadlı klubu ölkə kubokunun 30 illik tarixinə bu yarışda iştirak edən 154-cü komanda kimi düşüb.
Cari mövsümədək 153 klub kubokda qüvvəsini sınayıb. Yalnız “Neftçi” 31 mövsüm bu turnirdə mübarizə aparıb.